Damla bu məşhurla evliliyə razılıq verdi - VİDEO

Xəbərin çap versiyası
Tarix: 13-12-2017, 18:01
Damla bu məşhurla evliliyə razılıq verdi -


Bu gün ARB telekanalında "Səhər-Səhər" verilişinin qonağı olan Damla və onun duet ortağı Elnar Xəlilov maraqlı etirafları ilə yadda qalıblar.

SİVİL.AZ
xəbər verir ki, aparıcı Elgiz Elnara "Niyə ayrılmısan?" sualı ilə müraciət edib. Müğənni aparıcıya "Mən indi ayrılmamışam ki. Bu, 5 il əvvəl baş verib. Oğlum anasındadır" cavabını verib.

Mövzuya Damla müdaxilə edib: "Elnarın gözygöz bir oğlu var ki, jurnallarda xüsusi seçmə uşaqlar olur ha, bax elə. Oğlun səndən gözəldir (gülür)".

Elgiz Elnardan ikinci dəfə evlənmək istəyib-istəmədiyi barədə soruşub.

Müğənni: "Hazırlaşmıran. Əslində, namizəd yoxdur. Olsa, niyə də yox" deyib. Elgiz, sanki, Elnardan bu cavabı gözləyirmiş kimi: "Bu (Damlanı işarə edib) yanında. Duet də oxuyursunuz" sözləri ilə müğənniyə həmkarı ilə evlənməyi təklif edib.

Elnar "3-cü duet gəlsə, görürəm ki, ona doğru gedirik" deyərək, aparıcının təklifini razılıqla qarşılayıb.

Elnarla Elgiz arasındakı dialoqu dinləyən Damla "Əlbəttə ki, niyə də yox?!" cavabı ilə Elnar evlilik təklifi edərsə, hə deyəcəyinə işarə edib.

Qeyd edək ki, cütüyün birinci evlilikləri ayrılıqla nəticələnib. (Milli.Az)




Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz