Azərbaycana idxal edilən kərə yağı üçün gömrük rüsumunun 3 dəfə azaldılması nə vaxt qüvvəyə minəcək?

Xəbərin çap versiyası
Tarix: 7-12-2017, 10:49
Azərbaycana idxal edilən kərə yağı üçün gömrük rüsumunun 3 dəfə azaldılması nə vaxt qüvvəyə minəcək?


Sabahdan Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılır.

SİVİL.AZ
bildirir ki, APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 7 noyabr 2017-ci ildə dərc edilən və sabah qüvvəyə minən ““Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” qərarında əksini tapıb.

İndiyə qədər Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15 faizi həcmində olub. Qərara əsasən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşib. Qərar 2019-cu il dekabrın 31-dək qüvvədədir.

Qeyd edək ki, Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ni təsdiq edib. Yeni qərarda da 2019-cu il dekabrın 31-dək kərə yağı və digər süddən hazırlanmış yağlara 5 faiz idxal gömrük rüsumu tətbiq edilməsi əksini tapıb. 2019-cu il dekabrın 31-dən sonra kərə yağı və digər süddən hazırlanmış yağlara yenə 15 faiz idxal gömrük rüsumu tətbiq ediləcək.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz