EN

İrandan Azərbaycana 61 kiloqram narkotik keçirməkdə şübhəli bilinən Astara sakinləri həbs olunub - FOTO VİDEO


Polis əməkdaşları İrandan Azərbaycana 61 kiloqram narkotik keçirməkdə şübhəli bilinən Astara sakinlərini saxlayıblar.

Bu barədə Missiya.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən Astara rayonunda keçirilən növbəti tədbir zamanı rayonun Sım kəndində yaşayan Xətai Xalıqov və qohumu Afşin Salayev saxlanılıblar. Onlardan və X.Xalıqovun idarə etdiyi avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 61 kiloqram marixuana və narkotiklərin qanunsuz dövriyyəsində istifadə etdikləri 4 ədəd bank kartı aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik maddələrin gətirilməsini təşkil edib və marixuananı Sım kəndi ərazisində əldə edib. Onlar maddi qazanc əldə etmək məqsədi ilə həmin narkotikləri ayrı-ayrı şəxslərə çatdırmağı planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
487
33

1Sources

Comment ()
Close