AZ

Qanunsuz narkotik vasitə alverçiləri tutulublar

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi Astara rayonunun Sım kəndində keçirdiyi növbəti əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olan kənd sakinləri Xətai Xalıqov və onun qohumu Afşin Salayevi saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Onlardan və Xalıqovun idarə etdiyi avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 61 kiloqram marixuana və narkotiklərin qanunsuz dövriyyəsində istifadə etdikləri 4 ədəd bank kartı aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik maddələrin gətirilməsini təşkil edib və marixuananı Sım kəndi ərazisində əldə ediblər. Onlar maddi qazanc əldə etmək məqsədi ilə həmin narkotikləri ayrı-ayrı şəxslərə çatdırmağı planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
364
33
turan.az

10Mənbələr