EN

“Xəzri” yarımfinalın ilk oyununda qalib gəldi - FOTO

"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) növbəti yarımfinal oyunu baş tutub. 

Bizim.Media xəbər verir ki, pley-off -un yarımfinal mərhələsində, "NTD-İNDİQO" və "Xəzri" komandaları seriyanın 1-ci oyununa çıxıblar. 

Oyunun əvvələrindən bərabər şəkildə davam edən mübarizə, yekunda "Xəzri"nin 63-61 hesablı qələbəsi ilə bitib. Bu qələbə ilə "Xəzri" seriyanın ümumi hesabında 1-0 önə keçib. 
Ən məhsuldar basketbolçular: "Xəzri" (Cordan Perkins - 15 xal, 10 asist), "NTD-İNDİQO" (Qeylen Smit - 20 xal, 12 ribaund).

Qeyd edək ki, "NTD-İNDİQO" və "Xəzri" komandaları arasında yarımfinal seriyasının 2-ci oyunu 11 may tarixində baş tutacaq.








Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
148
13
bizim.media

10Sources