AZ

"Xəzri" finala vəsiqə qazandı - FOTO

"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL)  növbəti yarımfinal oyunu baş tutub. 

Bizim.Media xəbər verir ki, pley-off-un yarımfinal mərhələsində, "Xəzri" və "NTD-İNDİQO" komandaları seriyanın 2-ci oyununa çıxıblar. 

Oyunun əvvələrindən üstünlüyü "NTD-İNDİQO" ələ keçirsə də, sonradan geridönüş etməyi bacaran debütant "Xəzri" yekunda 86-81 hesablı qələbə qazanıb. Bu qələbə ilə "Xəzri" seriyada 2-0 hesablı qalibiyyət əldə edib və finalda "Sabah" ın rəqibi olub. 

"NTD-İNDİQO" isə 3-cü yer uğrunda "Xırdalan" klubu ilə oyunlarda iştirak edəcək. 

Ən məhsuldar basketbolçular: "Xəzri" (Cordan Perkins - 23 xal, 8 asist), "NTD-İNDİQO" (Qeylen Smit - 22 xal, 12 ribaund)

Qeyd edək ki, "Xəzri" və "Sabah" klubları arasında final seriyasının ilk oyunu 16 may tarixində keçiriləcək.



Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
177
13
bizim.media

10Mənbələr