EN

MİQ imtahanı nə vaxt olacaq?

Xəbər verdiyimiz kimi, mayın 2-də Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib. İclasda qəbul edilən qərara əsasən, sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyun tarixlərində, ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması isə 8 iyun tarixində keçiriləcək. Bəs Müəllimlərin işə qəbulu (MİQ) imtahanı nə vaxt keçiriləcək?

Ucnoqta.az xəbər verir ki, təhsil eksperti Elçin Əfəndiyev MİQ imtahanının iyul ayında gözlənildiyini bildirib.

Xatırladaq ki, 2023-cü ildə MİQ imtahanları iyulun 11-dən başlanılıb və iyulun 15-dək davam edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
35
Sources
Comment ()
Close