EN

Birinci liqanı tərk edəcək komanda bilindi

style='margin-bottom:10px;'>

Azərbaycan 1-ci liqasını tərk edəcək komanda bəlli olub.

QOL.az xəbər verir ki, ötən gün 24-cü turda "Qaradağ Lökbatan"a uduzan (1:3) "Araz Saatlı"nın sonuncu olacağı rəsmiləşib.

Saatlı təmsilçisi sona 3 tur qalmış 10 xalla 10-cu pillədə qərarlaşıb. 9-cu pillədəki "Difai Ağsu"nun isə 20 xalı var.

Dünən "İrəvan"a uduzan MOİK-in isə çempionluq şansı bitib. Hazırda ordu klubunun 42, lider "Qaradağ Lökbatan"ın isə 52 xalı var. Mövsümün sonuna 3 tur qalmış "Qaradağ Lökbatan"ın çempionluq yolundakı əsas rəqibi "Şamaxı"dır. Ötən mövsüm Premyer Liqanı tərk edən komanda hazırda 48 xalla 2-ci sıradadır. 3-cü pillədə qərarlaşan "İmişli"nin isə aktivində 46 xalı var.

Xatırladaq ki, reqlamentə görə 1-ci liqanın qalibi yeni mövsümdən Premyer Liqada, yarışın sonuncusu isə 2-ci liqada mübarizə aparmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
70
3
teleqraf.com

10Sources