AZ

Azərbaycan Birinci Liqasında VAR-dan istifadə olunacaq

Azərbaycan Birinci Liqasının “Qaradağ Lökbatan” – “Şamaxı” oyununda VAR (Video Köməkçi Hakim) sistemindən istifadə olunacaq.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Çempionluq yolunda böyük əhəmiyyət kəsb edən qarşılaşma mayın 16-da keçiriləcək. Oyuna saat 17:00-da start veriləcək.

Qeyd edək ki, Birinci Liqanın 2023/2024 mövsümünün sonuna iki tur qalmış “Qaradağ Lökbatan” 53 xalla vahid liderdir. Rəqibindən iki xal az toplayan qonaqlar ikinci pillədə qərarlaşıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
227
13
arena.az

10Mənbələr