EN

ABŞ: "Biz Rəfahdakı quru əməliyyatını dəstəkləyə bilmərik"

ABŞ dövlət katibi Antoni Blinken İsrailin Rəfah şəhərinə qarşı planlaşdırdığı hərbi əməliyyatda mülki vətəndaşları qorumaq planı görmədiklərini və ABŞ-nin bu əməliyyata dəstək verməyəcəyini bildirib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu ilə Qüdsdə görüşdükdən sonra açıqlama verən Blinken deyib:

\"Mülki əhalinin zərər görməyəcəyini təmin edən bir plan görmədən Refahda hərtərəfli hərbi əməliyyata dəstək verə bilmərik və verməyəcəyik. Rəfaha qarşı hərtərəfli hərbi əməliyyata başlamadan HƏMAS problemi ilə mübarizənin yolları var, fikrimizcə, daha yaxşı yollar var\".

Beynəlxalq xəbərdarlıqlara baxmayaraq, Rəfaha hücum planını təsdiqlədiyini dəfələrlə təkrarlayan İsrailin baş naziri Netanyahu aprelin 8-də verdiyi açıqlamada hücumun tarixinin müəyyən edildiyini bildirib.

Netanyahu aprelin 30-da verdiyi açıqlamada əsir mübadiləsi razılaşmasının olub-olmamasından asılı olmayaraq Rəfaha hücum edəcəklərini bildirib.

Ayşən
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
113
27
azxeber.com

10Sources