AZ

Netanyahu Rəfaha qurudan hücum sözü verib

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bildirib ki, Baş nazir Benyamin Netanyahu ona 1,5 milyon fələstinlinin sığındığı Qəzza zolağının cənubundakı Rəfaha qurudan hücum ediləcəyini deyib.Ben-Qvir X sosial media platformasındakı paylaşımında Netanyahu ilə onun xahişi ilə Rəfaha gözlənilən hücumla bağlı görüşdüyünü bildirib. Qeyd edib ki, Netanyahuya Rəfaha qurudan hücumun zəruriliyi ilə bağlı xəbərdarlıq edib və baş nazirin İsrailin Rəfaha girəcəyi və davam edən Qəzzaya hücumlarının bitməyəcəyinə söz verdiyini bildirib.Ben-Qvir Netanyahunun Rəfaha qurudan hücum olacağı ilə bağlı açıqlamalarını alqışladığını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
27
afn.az

10Mənbələr