EN

Bakıda idarəetmədən çıxan avtomobil səkiyə çırpılıb, xəsarət alanlar var - FOTO

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Azadlıq prospektində qeydə alınıb.

Belə ki, "Toyota Corolla" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini piyada səkisinin üzərinə çıxarıb.

Nəticədə səkinin üzərində olan məlumatverici lövhə sıradan çıxıb, avtomobil yararsız vəziyyətə düşüb.

Qəzada iki nəfər xəsarət alıb. Yaralılar əraziyə çağırılmış təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Qəzanın başvermə səbəbləri araşdırılır.

Bakıda Bakıda
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
102
50
apa.az

10Sources