AZ

Digər ölkələrABŞ-ın Aydaho ştatında yol qəzasında azı 6 nəfər ölüb

ABŞ-da Aydaho ştatının Aydaho-Fols şəhərində baş verən yol qəzası nəticəsində azı 6 nəfər ölüb.

“Far.Az” “ABC” telekanalına istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Qeyd olunub ki, hadisə şəhərin şimal-qərbində, 20 saylı magistralda baş verib. Belə ki, “Dodge Ram” markalı pikap ən azı 15 nəfəri daşıyan “Chevrolet” markalı mikroavtobusa çırpılıb.

Nəticədə mikroavtobusun sürücüsü və 5 sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüb, daha 9 sərnişin və pikapın sürücüsü isə yerli xəstəxanalara yerləşdiriliblər.

Magistral yol beş saat bağlı olub. Polis başqa təfərrüatları açıqlamayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
187
1
far.az

10Mənbələr