EN

Azərbaycan "Prezident Kuboku"nda ilk medalı qazanıb

Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunan avarçəkmə üzrə "Prezident Kuboku" beynəlxalq reqatasında ilk günün qalibləri bəlli olub.

İdman.biz xəbər verir ki, Suqovuşanda kayak və kanoe ilə 200 m və 500 məsafələrdə yürüşdə Azərbaycan idmançısı da fərqlənib.

Yığma üzvü Amil Ramazanov 2006-2007-ci il təvəllüdlü idmançılar arasında bürünc medala yiyələnib. O, kayakla 200 m məsafəni 0,42 saniyəyə qət edib.

Günün qaliblərini Azərbaycanın Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Gənclər və İdman Nazirliyinin idman sektorunun müdiri Elnur Məmmədov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin sədri Duşan Kovaçeviç mükafatlandırılıblar.

Qeyd edək ki, reqata mayın 2-3-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar kayak, kanoe və akademik növündə mübarizə aparacaqlar.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
48
3
idman.biz

5Sources