AZ

Azərbaycan "Prezident Kuboku"nda ilk medalı qazanıb

Bakı. Trend:

Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunanavarçəkmə üzrə "Prezident Kuboku" beynəlxalq reqatasında ilk gününqalibləri bəlli olub.

Trend İdman.biz-əistinadən xəbər verir ki, Suqovuşanda kayak və kanoe ilə 200 m və500 məsafələrdə yürüşdə Azərbaycan idmançısı da fərqlənib.

Yığma üzvü Amil Ramazanov 2006-2007-ci il təvəllüdlü idmançılararasında bürünc medala yiyələnib. O, kayakla 200 m məsafəni 42saniyəyə qət edib.

Günün qaliblərini Azərbaycanın Kanoe və AvarçəkməFederasiyasının prezidenti Vüqar Əhmədov, Gənclər və İdmanNazirliyinin idman sektorunun müdiri Elnur Məmmədov, Milli OlimpiyaKomitəsinin baş katibi Azər Əliyev, Azərbaycan VelosipedFederasiyasının prezidenti Mədət Quliyev, Serbiya AvarçəkməFederasiyasının İdarə Heyətinin sədri Duşan Kovaçeviçmükafatlandırıblar.

Qeyd edək ki, reqata mayın 2-3-də Mingəçevir “Kür” OlimpiyaTədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar kayak,kanoe və akademik növündə mübarizə aparacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
3
az.trend.az

5Mənbələr