EN

Qəzzada öldürülən jurnalistlərin sayı 142-yə çatıb

Müharibənin 207-ci günündə İsrailin Qəzzaya hücumu nəticəsində ölənlərin sayı 34 535 nəfərə çatıb, yaralıların sayı isə 77 704 nəfərdir.

Bizim.Media xəbər verir ki, bu barədə Anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində Qəzza zolağında 47 nəfərin öldüyünü, 61 nəfərin yaralandığını bildirib.

2023-cü il oktyabrın 7-dən Fələstin anklavında öldürülən jurnalistlərin sayı 142-yə çatıb. Məlumata görə, onlardan sonuncusu Əl-Qüds Əl-Youm telekanalının müxbiri Salem Əbu Tayurdur. O və oğlu Əhməd İsrailin Qəzza zolağının mərkəzindəki Nuseyrat qaçqın düşərgəsinə endirdiyi hava zərbəsi nəticəsində həlak olub.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
52
41
bizim.media

10Sources