AZ

Qəzzada öldürülən fələstinlilərin son sayı AÇIQLANDI

İsrail qüvvələrinin 2023-cü ilin oktyabr ayının əvvəlindən Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatdan bəri 35,1 min fələstinli həlak olub.

Viral.az TASS-a istinadla xəbər verir ki, bu məlumatları Fələstin anklavının Səhiyyə Nazirliyi təqdim edib.

Məlumata görə, İsrailin Qəzzaya təcavüzü qurbanlarının sayı hazırda 35 091 nəfərə çatıb, daha 78 827 nəfər yaralanıb. Departament qeyd edib ki, son 24 saat ərzində Qəzzada 57 nəfər həlak olub, 82 nəfər yaralanıb.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və oğurlananların hamısını azad etmək məqsədi ilə Qəzzada hərbi əməliyyata başlayıb. 2023-cü ilin noyabr ayının sonunda Misir və Qətərin vasitəçiliyi ilə bir həftə davam edən müvəqqəti humanitar atəşkəs yaradılıb və bu müddət ərzində İsrailin məlumatına görə, 110 girov azad edilib. Dekabrın 1-də atəşkəs pozulub, döyüşlər yenidən başlayıb və bu gün də davam edir.

(redaktor.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
223
3

1Mənbələr

Şərh ()
Bağla