EN

BDU-nun 105 illiyinə həsr edilmiş Karyera Festivalı başlanıb

BDU-nun

Bakı, 30 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Dövlət Məşğulluq Agentliyinin təşkilati dəstəyilə Karyera Festivalı keçirilir.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində BDU-nun rektoru Elçin Babayev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli çıxış ediblər.

Tədbirdə məlumat verilib ki, BDU-nun 105 illik yubileyinə həsr olunmuş Karyera Festivalında ölkəmizin nüfuzlu 105 şirkəti universitetin tələbə və məzunlarına 1245 vakansiya, 98 təcrübə, 9 təqaüd proqramı təqdim edir.

Festivalın keçirilməsində məqsəd tələbə və məzunların əmək bazarına çıxışını asanlaşdırmaq, işəgötürənlərlə əlaqələrin qurulmasını təmin etməkdir.

Mayın 1-də müxtəlif mövzularda vörkşop və panel müzakirələr keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
35
2
azertag.az

2Sources