AZ

BDU-nun 105 illik yubileyinə həsr olunmuş Karyera Festivalı başlayır

Bakı Dövlət Universitetində (BDU) Dövlət Məşğulluq Agentliyinin təşkilatı dəstəyilə aprelin 30-dan mayın 1-dək Karyera Festivalı keçirilir.
 
Moderator.az xəbər verir ki, BDU-nun 105 illik yubileyinə həsr olunmuş Karyera Festivalında ölkəmizin nüfuzlu 105 şirkəti BDU-nun tələbə və məzunlarına 1245 vakansiya, 98 təcrübə, 9 təqaüd proqramı təqdim edir.
 
Qeyd edək ki, Festivalın keçirilməsində məqsəd tələbə və məzunların əmək bazarına çıxışını asanlaşdırmaq, işəgötürənlərlə əlaqələrin qurulmasını təmin etməkdir. Tədbirin ikinci günündə müxtəlif mövzularda vörkşop və panel müzakirələr keçiriləcək.
 
Festivala gələnlər özləri ilə CV-lərini götürməlidirlər. CV-si olmayan şəxslər BDU-nun Karyera və məzunlarla əlaqə sektoruna müraciət edə bilərlər.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
2
moderator.az

2Mənbələr