Ekvadorun Pastaza əyalətində helikopter qəzaya uğrayıb.Olaylar xəbər verir ki, bu barədə Ekvador Silahlı Qüvvələri "X" sosial şəbəkə hesabında məlumat yayıb.Məlumata görə, hadisə nəticəsində 8 nəfər həlak olub."Ekvador ordusu xilasetmə əməliyyatlarından sonra MI 171 E helikopterinin ekipajının və sərnişinlərinin cəsədlərinin aşkar edildiyini ictimaiyyətə bildirməkdən təəssüflənir", - məlumatda qeyd edilib.