AZ

Hərbi helikopter məktəbə çırpıldı - VİDEO

Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıblar.

Məlumata görə, helikopter Əfqanıstanın qərbindəki Qor vilayətinin paytaxtı Firozkoda yerləşən məktəbə çırpılıb.

Hadisə helikopterin Heratdan Qora uçuşu zamanı baş verib və səbəbləri məlum deyil.

Yerli mənbələrdən daxil olan ilkin məlumatlarda ölənlərin və yaralananların olduğu bildirilir, lakin konkret sayı və xəsarət alanların vəziyyəti açıqlanmayıb.

(oxu.az) 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
170
20
avtosfer.az

10Mənbələr