EN

"Azərbaycanın əlində kifayət qədər dəlillər var" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Bu gün biz Azərbaycanda cinayət törətmiş və törətdiyi cinayətlərə görə həbs olunmuş Ruben Vardanyanla bağlı proseslərin yenidən başlandığının şahidiyik". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, burada məqsədli şəkildə bir böyük kampaniya və təbliğat aparılır: "Onun azad olunması üçün səylər göstərilir. Azərbaycanın əlində bu insanın cinayət törətməsi ilə bağlı kifayət qədər dəlillər var. Ona görə də bu mənada nə qədər təbliğat aparılsa da, bu təbliğat dəyişməyəcək. Ümumiyyətlə, biz Vardanyanın birbaşa separatizmə dəstək verdiyini yaxşı xatırlayırıq. Dəfələrlə bununla bağlı geniş müzakirələrin getdiyinin şahidi olmuşuq.

Ona görə bu məsələlərdə düşünürəm ki, maksimum dərəcədə diqqətli olmağın və bu prosesin ədalətli formada həyata keçirilməsinə çalışılmalıdır. Yəni bu cür yanaşmalar Azərbaycanın mövqeyinə təsir edə bilməz. Ruben Vardanyan cinayətkardır. Orada da bu cinayəti törədib. Onun bölgəyə gəlməsində əsas məqsəd həm də onun Paşinyanın yerinə keçməsi idi. Amma bu da öz effektini vermədi. Bu gün bu cür cəhdlər uğursuzluqla nəticələnəcək. Çünki Azərbaycanın çox konkret strategiyası və bu məsələyə baxışı, yanaşması var. Bizim sözümüz odur ki, bütün cəhdlərin heç bir nəticəsi olmayacaq. Azərbaycan mütləq şəkildə öz məqsəd və hədəflərinə nail ola biləcək".

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
68
sia.az

1Sources

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh