EN

PSJ Liqa 1-də növbəti rekordu müəyyənləşdirdi

Fransa Liqa 1-in 29-cu turu çərçivəsində “Loryan”a qarşı səfər oyununda 4:1 hesablı qələbə PSJ üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Fransa nəhəngi milli birinciliyin səfər oyunlarında məğlubiyyətsizlik silsiləni 22 oyuna çatdırmaqla, Liqa 1-in mütləq rekordunu müəyyənləşdirib.

Sonuncu dəfə Paris klubu səfərdə 2023-cü il fevralın 11-də Liqa 1-in 2022/2023-cü il mövsümünün 23-cü turunun “Monako” ilə oyununda 1:3 hesabı ilə məğlub olub.

Buna qədər səfər oyunlarında məğlubiyyətsizlik silsiləsi üzrə rekord 2005-ci ilin martından 2006-cı ilin aprelinə qədər uduzmayan Lion “Olimpik”inə məxsus idi.

Hazırda PSJ Fransa Liqa 1-in yarış cədvəlində başçılıq edir. Parislilər 30 oyunda 69 xal toplayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
32
18
Sources
Comment ()
Close