EN

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb.

BiG.AZ xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasından gündəlik müayinələrini tamamladıqdan sonra evə buraxılıb.

Kral Məhkəməsi dünən kral Salmanın müntəzəm sağlamlıq yoxlamaları üçün xəstəxanaya yerləşdirildiyini elan edib.


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
83
Sources
Comment ()
Close