İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda daha bir jurnalist həyatını itirib. Yeniavaz.com xəbər verir ki, bu barədə Qəzzadakı hökumətin Media Ofisindən məlumat verilib. Məlumata görə, Fələstinin “Əl-An” Xəbər Agentliyinin əməkdaşı Məhəmməd Bisam əl-Cəməl İsrail ordusunun Rəfahdakı evinə təşkil etdiyi hava hücumunda həyatını itirib. Beləliklə, 2023-cü il oktyabrın 7-dən, İsrailin hücumlara başladığı vaxtdan bəri Qəzza zolağında öldürülən jurnalistlərin sayı 141-ə yüksəlib. Media Ofisi İsrailin Fələstinin səsini susdurmaq, faktları gizləmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatdırılmasının qarşısını almaq üçün Qəzzada jurnalistləri qəsdən öldürdüyüü bildirib.