![Türkiyə](https://azertag.az/files/2024/1/1200x630/17139945031246513738_1200x630.jpeg)
Bakı, 25 aprel, AZƏRTAC
Türkiyə Kubokunda yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Trabzonspor" doğma meydanda "Fatih Karagümrük"lə qarşılaşıb. Görüş "bordo-mavililər"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Cavab qarşılaşması mayın 8-də baş tutacaq.
1/2 final mərhələsinin ilk oyununda "Ankaragücü" və "Beşiktaş" qolsuz heç-heçə edib.
Bu komandalar arasında cavab matçı isə mayın 7-də keçiriləcək.