EN

Bakıda gigiyenik qaydaları pozan restoran bağlandı (FOTO)

Bakı. Trend:

Daxil olan vətəndaş müraciəti əsasında Qida TəhlükəsizliyiAgentliyinin əməkdaşları Bakının Xətai rayonunda Yusif Səfərovküçəsi, 23A ünvanında fəaliyyət göstərən “Kristal plaza Baku”restoranında plandankənar yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindənTrend-ə bildirilib ki, baxış zamanı ictimai iaşə müəssisəsinin qidatəhlükəsizliyi ilə bağlı tələblərə cavab vermədiyi, mətbəxsahəsində sanitar-gigiyenik qaydalara əməl edilmədiyi, temperaturunmonitorinq və qeydiyyatının aparılmadığı, müvafiq təmizlikişlərinin həyata keçirilmədiyi, işçi heyətin xüsusi geyim formasıilə təmin olunmadığı və gigiyenik təlimlərə cəlb edilmədiyi müəyyənolunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin rəhbərliyiinzibati məsuliyyətə cəlb edilib, restoranın fəaliyyətiməhdudlaşdırılıb.

Bakıda
Bakıda
Bakıda
Bakıda

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
80
22
Sources
Comment ()
Close

Rating