EN

Delimitasiya prosesinin başlanması Azərbaycanın böyük uğurudur (VİDEOMÜSAHİBƏ)

Bakı. Trend:

2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə ErmənistanRespublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinəəsaslanaraq, koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsindəilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işidavam edir.

Məsələni Trend-ə şərh edən siyasi şərhçi Elçin Mirzəbəylibildirib ki, iki ölkə arasında əldə edilən razılaşma tarixihadisədir.

Onun sözlərinə görə, bu, faktiki olaraq delimitasiya prosesininbaşlanması və ortaq rəyin formalaşmasıdır.

"Delimitasiya prosesi uzunmüddətli prosesdir və dövlətsərhədinin müəyyən hissəsi razılaşdırıldıqdan sonra artıqdemarkasiya prosesi həyata keçirilib. Bu da zaman alan prosesdir.Lakin biz indiki şəraitdə intensiv bir prosesin həyatakeçirildiyinin şahidi oluruq.

Ekspert qruplarının daimi təmasda olması və işçi qruplarınınfəaliyyəti də delimitasiya prosesinin sürətli şəkildə həyatakeçirilməsi üçün vacib faktorlardan biridir ki, hazırda bunumüşahidə etmək mümkündür. Prosesin Tavuş-Qazax istiqamətindənbaşlaması xüsusi önəm daşıyır", - deyə o qeyd edib.

Geniş videomüsahibəni təqdim edirik:

Delimitasiya
Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
26
2
Sources
Comment ()
Close