![Region](https://azertag.az/files/2024/1/1200x630/17139631582492331896_1200x630.jpg)
Bakı, 24 aprel, AZƏRTAC
AFFA Region Liqasının final oyununun yeri və başlama saatı müəyyənləşib.
AZƏRTAC milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, həlledici görüş mayın 24-ü, saat 16:00-da Şamaxı şəhər stadionunda keçiriləcək.
Qeyd edək ki, AFFA Region Liqasında 2023-2024-cü illər mövsümünün 1/4 final mərhələsinin ilk görüşləri baş tutub. Cavab matçları aprelin 27-28-də oynanılacaq.