EN

“ABŞ Kiyevə hərbi yardım göstərməklə Ukrayna xalqını məhv edir” - Pentaqonun keçmiş müşaviri

Pentaqonun keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor ABŞ-ı Kiyevə 60 milyard dollar dəyərində əlavə hərbi yardım göstərilməsi haqqında qanun layihəsini qəbul etdiyinə görə tənqid edib. Makqreqor iddia edir ki, bu cür yardım münaqişənin həllinə kömək etmir, əksinə onu daha da gərginləşdirir. O qeyd edib ki, bu yolla ABŞ administrasiyası Ukrayna millətini tamamilə məhv etməyə çalışır.

Herbiand.az bildirir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

Pentaqonun keçmiş müşaviri bildirib ki, “Ukraynaya bütün bu pulları göndərməkdə administrasiyanın ümidi Ukrayna xalqının tam və son məhvini ört-basdır etməyə davam etməkdir”.

Makqreqor münaqişə zonasında təşəbbüsün bir neçə aydır Kiyevə qarşı inkişaf etməkdə davam etdiyinə diqqət çəkib. Polkovnik etiraf edib ki, yay aylarının başlaması ilə Ukrayna üçün vəziyyət xeyli pisləşəcək.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
61
Sources
Comment ()
Close