Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 23-də Qambiya Respublikasında səfərdə olan ölkəmizin Mərakeş Krallığındakı, eyni zamanda Qambiyadakı səfiri Nazim Səmədov etimadnamələrini bu ölkənin Prezidenti Adama Barrouya təqdim edib.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Mərakeşdəki səfirliyindən bildirilib.
Qambiyanın paytaxtı Banjulda yerləşən Prezident sarayında təşkil edilmiş mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini Adama Barrouya çatdıran səfir 2024-cü ildə ölkələrimiz arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd edildiyini də vurğulayib. Həmçinin diplomat Azərbaycan Prezidentinin A.Barrouya ünvanladığı 2024-cü ilin noyabrında ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyanın Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət məktubunu da Qambiya Prezidentinə təqdim edib.
![](https://azertag.az/files/galleryphoto/2024/1/1200x630/17139136854152153683_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2024/1/1200x630/1713913685379924099_1200x630.jpg)