EN

Azərbaycan İspaniyaya qeyri-neft ixracını artırmağı planlaşdırır

Azərbaycanla İspaniya arasında qeyri-neft ixracının artırılması və investisiya layihələrində iştirakla bağlı perspektivlər müzakirə edilib.

“Report” xəbər verir ki, bununla bağlı müzakirələr İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev ilə İspaniya İqtisadiyyat, Ticarət və Biznes Nazirliyinin Beynəlxalq Ticarət və İnvestisiyalar İdarəsinin baş direktoru Alisiya Varela arasında aparılıb.

A.Varela ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğunu və təmsil etdiyi qurumun bu istiqamətdə lazımi dəstəyin göstərməsinə hazır olduğunu bildirib.

Qeyd olunub ki, Azərbaycanın müsbət biznes mühiti və geniş investisiya potensialı ispan şirkətlərinə ölkədə birgə müəssisələr yaratmağa əlverişli şərait təklif edir və bu da öz növbəsində inkişaf edən ticarət əlaqələrinin dəstəklənməsində önəmli rol oynaya bilər.

Görüşdə həmçinin ikitərəfli münasibətlərin intensivləşdirilməsi üçün Azərbaycanda İspaniya səfirliyinin açılmasının vacibliyi vurğulanıb.

Bununla yanaşı, İspaniya şirkətlərinin beynəlmiləlləşdirilməsi istiqamətində fəaliyyət göstərən əsas qurum sayılan ICEX İctimai Təşkilatı ilə görüşdə AZPROMO-nun icraçı direktoru İspaniyaya işgüzar səfərin əsas məqsədləri – ispan şirkətləri ilə investisiya tərəfdaşlığının qurulması və ixrac imkanlarının araşdırılması haqqında danışıb. Bildirilib ki, ispan şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsi, o cümlədən işğaldan azad olunmuş ərazilərdə reallaşdırılan layihələrə cəlb olunması üçün prioritet sektorların müəyyənləşdirilməsi vacibdir. Görüşdə bu xüsusda qurumlar arasında məlumat mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.

ICEX İctimai Təşkilatının baş direktoru Elisa Karbonel iki ölkənin sahibkarları arasında şəbəkələşmənin gücləndirilməsi və əlaqələndirmə işlərində dəstəyin göstərilməsinə hazır olduqlarını diqqətə çatdırıb. Qeyd edilib ki, infrastruktur, nəqliyyat, “smart” yaşayış məntəqələri və şəhərlər, enerji və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən qabaqcıl ispan şirkətlərinin Azərbaycanda investisiya layihələrində iştirak etməsi üçün geniş perspektivləri var.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
35
1
Sources
Comment ()
Close

Rating

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8321
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5350
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5169
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4917
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4713
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3831
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3113
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2872
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2811
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2776
Sabah 20 dərəcə isti olacaq
2716
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2307
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2280
Röyanın biabırçı videosu yayıldı
2262
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2116
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2094
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1898
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
1773
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1712
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1689