AZ

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Bakı, 23 aprel, AZƏRTAC

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun və “Madrid Biznes Forumu“nun birgə təşkilatçılığı ilə İspaniya şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Tədbirin əsas məqsədi ispan şirkətlərini Azərbaycanın biznes və investisiya imkanları barədə məlumatlandırmaq olub.

AZƏRTAC qurumun yaydığı məlumata istinadən xəbər verir ki, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev agentlik haqqında məlumat verib, bu cür tədbirlərin ölkələr arasında ticarət və investisiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün möhkəm zəmin yaratdığını vurğulayıb. Bildirilib ki, ölkəmizin İspaniyaya qeyri-neft ixracının artırılması üçün biznes dairələri arasında əlaqələr genişləndirilməlidir və bu istiqamətdə AZPROMO aktiv tədbirlər görür.

Tədbirdə çıxış edən Azərbaycanın İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirərək, iqtisadi-ticarət əlaqələrinin də gücləndirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb. Səfir həmçinin bildirib ki, hazırda Azərbaycanda neft-qaz, tikinti və kənd təsərrüfatı sahələrində 30-dan çox ispan şirkəti fəaliyyət göstərir.

Tədbir zamanı Azərbaycanın biznes, investisiya və turizm imkanlarına dair təqdimatlar keçirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Özəl investisiyaların maliyyələşdirməsi üzrə ixtisaslaşan İspaniyanın dövlət şirkəti COFIDES ilə görüşdə AZPROMO-nun fəaliyyət istiqamətləri, ölkəmizin, o cümlədən işğaldan azad olunmuş ərazilərimizin investisiya potensialı haqqında məlumat verilib. COFIDES-in nümayəndələri təmsil etdikləri qurum barədə bəhs edib, AZPROMO ilə qarşılıqlı faydalı layihələrin reallaşdırılması çərçivəsində fikir mübadiləsi aparıblar. Tərəflər həmçinin COP29-u qeyd edərək, tədbirin əməkdaşlıq üçün önəmli platforma kimi rolunu vurğulayıblar.

İspaniya şirkətlərinin beynəlmiləlləşdirilməsi istiqamətində fəaliyyət göstərən əsas qurum sayılan ICEX İctimai Təşkilatı ilə görüşdə isə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev İspaniyaya işgüzar səfirin əsas məqsədləri – ispan şirkətləri ilə investisiya tərəfdaşlığının qurulması və ixrac imkanlarının araşdırılması haqqında danışıb. Bildirilib ki, ispan şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsi, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə reallaşdırılan layihələrə cəlb olunması üçün prioritet sektorların müəyyənləşdirilməsi vacibdir. Görüşdə bu xüsusda qurumlar arasında məlumat mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.

ICEX İctimai Təşkilatının baş direktoru Elisa Karbonel iki ölkənin sahibkarları arasında şəbəkələşmənin gücləndirilməsi və əlaqələndirmə işlərində dəstəyin göstərilməsinə hazır olduqlarını diqqətə çatdırıb. Qeyd edilib ki, infrastruktur, nəqliyyat, “smart” yaşayış məntəqələri və şəhərlər, enerji və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən qabaqcıl ispan şirkətlərinin Azərbaycanda investisiya layihələrində iştirak etməsi üçün geniş perspektivləri var.

Görüşdə İspaniya İqtisadiyyat, Ticarət və Biznes Nazirliyinin Beynəlxalq ticarət və investisiyalar idarəsinin baş direktoru Alisiya Varela ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğunu və təmsil etdiyi qurumun bu istiqamətdə lazımi dəstəyin göstərməsinə hazır olduğunu bildirib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın İspaniyaya qeyri-neft ixracının artırılması perspektivlərini diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycanın müsbət biznes mühiti və geniş investisiya potensialı ispan şirkətlərinə ölkəmizdə birgə müəssisələr yaratmağa əlverişli şərait təklif edir və bu da öz növbəsində inkişaf edən ticarət əlaqələrinin dəstəklənməsində önəmli rol oynaya bilər.

Görüşdə həmçinin ikitərəfli münasibətlərin intensivləşdirilməsi üçün Azərbaycanda İspaniya səfirliyinin açılmasının vacibliyi vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8181
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5273
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5084
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4829
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4610
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3779
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3090
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2815
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2770
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2745
Sabah 20 dərəcə isti olacaq
2681
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2291
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2253
Röyanın biabırçı videosu yayıldı
2213
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2105
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2080
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1848
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1710
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1679
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1615