EN

Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır

Bakı, 23 aprel, AZƏRTAC

Baham adaları və Azərbaycan Gimnastika Federasiyaları (AGF) arasında Anlaşma Memorandumu imzalanıb.

AGF-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkələr bədii gimnastikanın inkişafı və təbliği məqsədilə əməkdaşlığa başlayıblar.

Memorandum Azərbaycan Gimnastika Federasiyanın baş katibi Nurlana Məmmədzadə və Baham Adaları Gimnastika Federasiyasının prezidenti Kora Hepburn tərəfindən imzalanıb.

Bu əməkdaşlığın federasiyalararası təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
70
17
Sources
Comment ()
Close