AZ

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında bu idman növünün inkişafı və təbliği məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan Gimnastika Federasiyasından (AGF) AZƏRTAC-a verilən məlumata görə, memorandum AGF-nin baş katibi Nurlana Məmmədzadə və Kosta Rika Gimnastika Federasiyasının prezidenti Vilyareal Quadamus İvet Lorena tərəfindən imzalanıb.

Bildirilib ki, bu əməkdaşlıq federasiyalar arasında təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, AGF daha əvvəl Monteneqro, Kuba və Hindistanın müvafiq federasiyaları ilə Anlaşma Memorandumu imzalayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
221
3
azertag.az

10Mənbələr