EN

“Ermənistanın sülh məsələsində dedikləri ilə etdikləri üst-üstə düşmür“ - ŞƏRH EDİLDİ

“Azərbaycan sülh prosesinə sadiqdir və 2020-ci ilin 44 günlük ötən müharibəsindən sonra torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyümüz təmin edildi. Bütün bunlardan sonra sülh prosesi ilə bağlı Azərbaycan dəfələrlə Ermənistana təklif vermiş, ikitərəfli, üçtərəfli və çoxtərəfli görüşlərdə iştirak etmişdir. Azərbaycanın istəyi qısa müddətdə bölgədə sülh, əməkdaşlıq, tərəqqinin bərpa olunmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Deputat bildirib ki, Ermənistanın sülh məsələsində dedikləri ilə etdikləri üst-üstə düşmür: “Bu da Ermənistanda dövlətin və hakimiyyətin zəif olduğunun, baş nazirin öz siyasi iradəsinin kifayət qədər möhkəm olmamasının və Ermənistana kənar təsirlərin olmasının göstəricisidir.

Hazırda Ermənistanda siyasi vəziyyət elədir ki, həm Rusiya, həm də Qərblə münasibətlərinin sona qədər aydınlaşdırılması mümkün olmayıb. Bu münasibətlər aydınlaşana qədər də birmənalı şəkildə Ermənistanın hansı yol tutacağını söyləmək mümkün deyil. Xüsusilə Fransanın araqarışdıran siyasəti bölgədə sülh prosesinə əngəl olur. Amma buna baxmayaraq, ötən ilin dekabrında əldə olunmuş razılığa görə, ikitərəfli danışıqların baş tutması üçün platformanın hazırlanması olduqca müsbət haldır.

Son günlərdə Ermənistanla əldə olunmuş razılığa əsasən Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması sülh prosesinə də ümidləri artırır. İkitərəfli danışıqların bundan sonra da davam etməsi bölgədə sülhün daha tez əldə olunmasına səbəb ola bilər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
32
Sources
Comment ()
Close

Rating

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7500
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5142
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4834
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4652
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4414
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3665
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2939
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2663
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2657
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2566
Sabah 20 dərəcə isti olacaq
2566
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2246
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2165
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2060
Röyanın biabırçı videosu yayıldı
2041
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2003
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1690
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1599
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1576
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1571