EN

Azərbaycanda aviaşirkətlərin karqodan gəlirləri 41% azalıb – Bir ilə cəmi ₼2.15 mlrd. gəlir!

Azərbaycanda aviaşirkətlərin yükdaşımadan gəlirləri 2023-cü ildə kəskin azalıb.

Banker.az bunu rəsmi statistik rəqəmlərə istinad edir.

Aviadaşıyıcıların gəlirləri ötən il 2 mlrd. 152.23 mln. manat gəlir əldə edib.

Bu da 2022-ci illə müqayisədə 1 mlrd. 490.71 mln. manat və ya 41 faiz azdır.

2022-ci ildə aviadaşıyıvılar 3 mlrd. 642.94 mln. manatlıq gəlir əldə etmişdirlər.

Təyyarələrlə 2022-ci ildə 406.8 min tonluq yük daşındığı halda, 2023-cü ildə bu rəqəm 12.1% azalaraq 357.4 min ton olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bunun da 351.6 min tonu beynəlxalq yükdaşımalardır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
303
50
banker.az

10Sources