EN

Malayziya parlamentinin sədri Azərbaycana səfər edəcək

Malayziya Senatının sədri Mutang Tagal Azərbaycana səfər edəcək.

"Ölkə.Az" xəbər verir ki, bunu Report-a açıqlamasında Malayziyanın Azərbaycandakı səfiri Ahmad Kamrizamil Bin Mohd Rza deyib.

Səfir səfərin aprelin sonunda baş tutacağını bildirib.

"2023-cü ildən etibarən iki ölkə arasında qarşılıqlı mühüm səfərlər olub. Aprelin sonunda Malayziya Senatının sədri Azərbaycana gələcək. Senat sədrinin rəhbərlik edəcəyi nümayəndə heyəti 9 nəfərdən ibarət olacaq", - diplomat qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
108
10
olke.az

10Sources