AZ

Malayziya parlamentinin sədri Azərbaycana səfər edəcək

Malayziya Senatının sədri Mutang Tagal Azərbaycana səfər edəcək.

 

Bunu Sfera.az-a açıqlamasında Malayziyanın Azərbaycandakı səfiri Ahmad Kamrizamil Bin Mohd Rza deyib.

 

Səfir səfərin aprelin sonunda baş tutacağını bildirib.

 

"2023-cü ildən etibarən iki ölkə arasında qarşılıqlı mühüm səfərlər olub. Aprelin sonunda Malayziya Senatının sədri Azərbaycana gələcək. Senat sədrinin rəhbərlik edəcəyi nümayəndə heyəti 9 nəfərdən ibarət olacaq", - diplomat qeyd edib.

Seçilən
85
10
Mənbələr
Şərh ()
Bağla