EN

“NATO-nun Ukraynaya hərbi qüvvə göndərmək planı yoxdur” – Stoltenberq


“NATO Ukraynaya hərbi qüvvə göndərməyi planlaşdırmır, lakin orada hərbi məsləhətçilər var”. 
Yeniavaz.com
xəbər verir ki, bunu Alyansın baş katibi Yens Stoltenberq Amerikanın MSNBC telekanalına müsahibəsində bildirib. 
“Ukraynada NATO-nun hərbi birləşmələrinin olması ilə bağlı heç bir plan yoxdur. Amma təbii ki, bir sıra NATO ölkələrinin Kiyevdəki səfirliklərində hərbi məsləhətçiləri var", - o deyib. 
Stoltenberq vurğulayıb ki, ABŞ və NATO üçün Ukraynaya silah tədarük etmək xeyriyyə deyil, öz təhlükəsizliyinə sərmayədir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
109
6
yeniavaz.com

4Sources