![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2021/5/6/1/16a9878d-9f7c-40da-b2ad-83b010612f1a/yens-stoltenberq.jpg)
“NATO Ukraynaya hərbi qüvvə göndərməyi planlaşdırmır, lakin orada hərbi məsləhətçilər var”.
Yeniavaz.com xəbər verir ki, bunu Alyansın baş katibi Yens Stoltenberq Amerikanın MSNBC telekanalına müsahibəsində bildirib.
“Ukraynada NATO-nun hərbi birləşmələrinin olması ilə bağlı heç bir plan yoxdur. Amma təbii ki, bir sıra NATO ölkələrinin Kiyevdəki səfirliklərində hərbi məsləhətçiləri var", - o deyib.
Stoltenberq vurğulayıb ki, ABŞ və NATO üçün Ukraynaya silah tədarük etmək xeyriyyə deyil, öz təhlükəsizliyinə sərmayədir.