EN

İqlim dəyişikliyi ilə bağlı ŞOK PROQNOZ - 2049-cu ilə qədər...

Potsdam İqlimə Təsir Tədqiqat İnstitutunun alimləri belə qənaətə gəliblər ki, iqlim dəyişikliyi 2049-cu ilə qədər qlobal iqtisadiyyata ildə 38 trilyon dollara başa gələ bilər.
 
Araşdırmanın nəticələri “Nature” elmi jurnalında dərc olunub.
 
Qeyd olunub ki, bu səbəbdən qlobal iqtisadiyyat 19% kiçilə bilər.
 
İtkilərin qlobal istiləşmə sürətinin azaldılması ilə bağlı xərclərdən altı dəfə çox olduğu vurğulanıb. Əsas təhlükə təbii fəlakətlərin - meşə yanğınları və qasırğaların daha tez-tez baş verməsidir.
 
Materialda həmçinin Afrika və Cənubi Asiya ölkələrinin iqlim dəyişikliyindən ən ciddi problemlərlə üzləşəcəyi bildirilib. /Report/
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
118
12
moderator.az

10Sources