AZ

Alimlər iqlim dəyişikliyinin qlobal iqtisadiyyata zərərini hesablayıblar

Potsdam İqlimə Təsir Tədqiqat İnstitutunun alimləri belə qənaətə gəliblər ki, iqlim dəyişikliyi 2049-cu ilə qədər qlobal iqtisadiyyata ildə 38 trilyon dollara başa gələ bilər.“Report”un məlumatına görə, araşdırmanın nəticələri “Nature” elmi jurnalında dərc olunub.Qeyd olunub ki, bu səbəbdən qlobal iqtisadiyyat 19% kiçilə bilər.İtkilərin qlobal istiləşmə sürətinin azaldılması ilə bağlı xərclərdən altı dəfə çox olduğu vurğulanıb. Əsas təhlükə təbii fəlakətlərin - meşə yanğınları və qasırğaların daha tez-tez baş verməsidir.Materialda həmçinin Afrika və Cənubi Asiya ölkələrinin iqlim dəyişikliyindən ən ciddi problemlərlə üzləşəcəyi bildirilib.

Seçilən
130
12
Mənbələr
Şərh ()
Bağla