EN

"NATO ölkələri Ukraynaya hava hücumundan müdafiə sistemi göndərməyə razılaşıb" - Baş katib

"NATO ölkələri Ukraynaya silah verməlidir, hətta bu, öz müdafiə imkanları bahasına olsa belə".

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna-NATO Müdafiə Nazirləri Şurasının virtual iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Alyans rəhbəri bildirib ki, NATO ölkələri Ukraynaya daha çox hava hücumundan müdafiə sistemi göndərməyə razılaşıb.

“NATO bütün Alyansda mövcud resursları müəyyən edib, ona görə də yaxın gələcəkdə Ukraynaya hava hücumundan müdafiə ilə bağlı yeni açıqlamalar gözləyirəm”, - deyə baş katib qeyd edib.

Turan İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
203
50
Sources
Comment ()
Close