EN

"Kapital Bank"ı mükafata layiq görüldü

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində "Kapital Bank"ın süni intellekt innovasiyaları kateqoriyasında “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” (Best Use of AI in Digital Transformation ) mükafatına layiq görüldüyünü elan edib.

"Unikal" xəbər verir ki, “Global Finance” jurnalının on birinci illik mükafatlandırma proqramında dünyanın maliyyə sahəsində innovativ həllər təqdim edən aparıcı şirkətləri dəyərləndirilib. Bu uğur regionun maliyyə sektorunda rəqəmsal transformasiyanı sürətləndirməkdə "Kapital Bank"ın rolunu nümayiş etdirir. Mükafat eyni zamanda bankda ən son texnologiyaların tətbiqinin və süni intellektdən istifadədə tətbiq edilən innovasiyaların əhəmiyyətini vurğulayır. 

Jurnalın redaktorlar şurası ilin qaliblərini banklar və digər provayderlərin təqdimatlarına, eləcə də sənaye analitikləri və texnologiya ekspertlərinin rəylərinə əsasən seçib. Qaliblərin qiymətləndirilməsi əməliyyatların həcmi, qlobal əhatə dairəsi, müştəri xidməti, rəqabət qabiliyyəti və innovativ texnologiyaların tətbiqi kimi meyarlara əsasən həyata keçirilib. 

Qeyd edək ki, “Global Finance” jurnalı bu il və 2019-cu ildə "Kapital Bank"ı “Ən Yaxşı Ticarət Maliyyəsi Təminatçısı” (“Best Trade Finance Providers”) adına da layiq görüb. Eyni zamanda 2018-ci ildə bank jurnalın Azərbaycanda “Ən Güvənli Bank” (“Safest Bank”)  mükafatını qazanıb.    

 Ölkənin birinci bankı olan "Kapital Bank" PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
101
49
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22905
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14411
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13666
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11334
Helikopterin qalıqları tapılıb
8814
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7944
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6950
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6661
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5155
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4665
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4079
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3819
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3774
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3533
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2798
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2068
Azərbaycan nefti ucuzlaşdı
1611
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1602
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1370
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1351