AZ

"Dörd komanda qəzanın baş verdiyi koordinatlara yaxınlaşıb"

Əlverişsiz hava şəraiti və əraziyə girişin çətin olması səbəbindən axtarış əməliyyatı çətinləşir.

"Unikal" xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyəti əməliyyat otağının rəhbəri Əli Şondi deyib.

Onun sözlərinə görə, pilotsuz uçuş aparatları və helikopterlərlə axtarış aparmaq mümkün deyil: "46 əməliyyat qrupu, axtarış itləri və icmanın rəhbəri Kolivand axtarış və xilasetmə işləri üçün prezidentin helikopterinin qəza yerinə gedib. Əlverişsiz hava şəraiti və əraziyə giriş çətin olduğu üçün axtarış əməliyyatı çətinləşib, pilotsuz uçuş aparatları və helikopterlərlə axtarış aparmaq mümkün deyil. Dörd komanda qəzanın baş verdiyi koordinatlara yaxınlaşıb".

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
179
50
unikal.az

10Mənbələr