EN

Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA

Bakı Fransız Liseyinin fəaliyyətini dayandıracağı barədə xəbər yayıldıqdan sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) də eyni aqibəti yaşayacağı barədə şübhələr yaranıb.

Məsələ ilə əlaqədar Oxu.Az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib ki, narahatlığa heç bir əsas yoxdur:

“Fransa-Azərbaycan Universiteti hazırda fəaliyyətini davam etdirir və bağlanması ilə bağlı hansısa bir müzakirə aparılmır”.

Xatırladaq ki, UFAZ-ın açılışı 15 sentyabr 2016-cı ildə baş tutub. Yalnız Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunmuş 1-ci ixtisas qrupu üzrə imtahanlarda mümkün 700 baldan ən az 500 və daha çox bal toplamış abituriyentlər Strasburq Universiteti tərəfindən təşkil olunmuş və iyul ayının sonlarında keçirilən UFAZ-a qəbul imtahanında iştirak edə bilərlər.

Burada tədris Strasburq Universitetinin və Renn-1 Universitetinin (Neft-qaz mühəndisliyi) tədris proqramı üzrə ingilis dilində aparılır.

Hazırda UFAZ-da dörd ixtisas tədris edilir: kimya mühəndisliyi, geofizika mühəndisliyi, kompüter elmləri və neft-qaz mühəndisliyi.

UFAZ tələbələrinin 80%-dən çoxu Azərbaycan hökumətinin maliyyə dəstəyi sayəsində ödənişsiz əsaslarla təhsil alır.

Əzizə İsmayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
25
2
Sources
Comment ()
Close