EN

Sərxan Kamran Həsənlini “yıxdı, sürüdü”:“Sizin apardığınız verilişlərə hamı pulsuz çıxırdı?

Aparıcı Kamran Həsənlinin dünən teleaparıcılar haqqında söylədiyi  “Efiri bazara çeviriblər. Necə ki, bazarda pomidoru pulla alırsan, efirdə də hər verilişin özünün müəyyən məbləği, verilişlərin aparıcılarının saxlayanı var” fikrinə cavab şoumen aparıcı Sərxan Kərəmoğludan gəlib.

Redaktor.az lent.az-a istinadən xəbər verir ki, o öz sosial şəbəkə hesabında post paylaşaraq Kamrana sərt reaksiya bildirib:

“Yetər artıq! Sizin gördüyünüz işlərin davamçılarıdırlar, niyə təəccüblənirsiniz? “Space” telekanalında efirə çıxardıqlarınız pulsuz idi? Ödəniş etmirdilər? “Sizin saat” və “Musiqili meydan” verilişlərinə hamı pulsuz çıxırdı? Ya mənim verilişimə pulsuz çıxırdılar? Siz elə həddə gətirmisiniz ki, gənc nəsil artıq sizə “Sən kimsən?” deyə müraciət edir. Pafos sözlərdən, fikirlərdən istifadə etməkdən bezmədiniz? Nə var, nə var bəlli küskün bir kütlənin damarından istifadə edib, yalançı sevgi qazanmaq naminə.

Bunlar çox davam edəcək? Sizə belə mövqedə olmaq yaraşmır, çünki siz müasir Azərbaycan müstəqil televiziyasının ilklərindənsiniz. Əgər kimsə sizə söz veribsə ki, belə çıxışlar et, səni televiziya rəhbəri vəzifəsinə gətirəcəklər, bax, orasını artıq bilmirəm. Təki olsun! Amma heç kimin nə “ATV”də, nə keçmiş “ANS TV”də etdiyiniz layihələr yaddaşlarında qalıb.

Mənim Kamran Həsənliyə tövsiyəm, televiziya mövzularını artıq bitirsin. O ki, qaldı gənclərin efirlərə pul verməsinə və ödənişli efirə çıxmasına, deyim xəbəriniz olsun ki, hələ Sövet dövründə belə senzuradan keçən mügənnilər rəsmi olmasa da, dəridən-qabıqdan çıxıb nələrsə də verirdilər. Pulla efirə çıxmaq irsi olaraq keçib, çox da “zad eləmə...”

 

Chosen
111
1
Sources
Comment ()
Close

Rating

Bakıda hoteldə yanğın başlayıb
1287
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
879
Bu yol qovşağında təmir işləri aparılacaq
568
Sabah 5 kəndin qazı kəsiləcək
524
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
440
Bakıda 9 otaqlı evdə yanğın baş verib
424
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
372
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
304
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
298
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
283
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
205
Çingiz Mustafayevin toyudur - FOTOLAR
203
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
195
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
185
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
152
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
95
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
89
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
79
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
77