AZ

Sərxan Kərəmoğlu məşhur aparıcını "yıxdı, sürüdü"

Sərxan Kərəmoğlu məşhur aparıcını "yıxdı, sürüdü"

Aparıcı Kamran Həsənlinin dünən teleaparıcılar haqqında söylədiyi "Efiri bazara çeviriblər. Necə ki, bazarda pomidoru pulla alırsan, efirdə də hər verilişin özünün müəyyən məbləği, verilişlərin aparıcılarının saxlayanı var" fikrinə cavab şoumen aparıcı Sərxan Kərəmoğludan gəlib.

Lent.az xəbər verir ki, o öz sosial şəbəkə hesabında post paylaşaraq Kamrana sərt reaksiya bildirib:

"Yetər artıq! Sizin gördüyünüz işlərin davamçılarıdırlar, niyə təəccüblənirsiniz? "Space" telekanalında efirə çıxardıqlarınız pulsuz idi? Ödəniş etmirdilər? "Sizin saat" və "Musiqili meydan" verilişlərinə hamı pulsuz çıxırdı? Ya mənim verilişimə pulsuz çıxırdılar? Siz elə həddə gətirmisiniz ki, gənc nəsil artıq sizə "Sən kimsən?", deyə müraciət edir. Pafos sözlərdən, fikirlərdən istifadə etməkdən bezmədiniz? Nə var, nə var bəlli küskün bir kütlənin damarından istifadə edib, yalançı sevgi qazanmaq naminə.

Bunlar çox davam edəcək? Sizə belə mövqedə olmaq yaraşmır, çünki siz müasir Azərbaycan müstəqil televiziyasının ilklərindənsiniz. Əgər kimsə sizə söz veribsə ki, belə çıxışlar et, səni televiziya rəhbəri vəzifəsinə gətirəcəklər, bax, orasını artıq bilmirəm. Təki olsun! Amma heç kimin nə "ATV"də, nə keçmiş "ANS TV"də etdiyiniz layihələr yaddaşlarında qalıb.

Mənim Kamran Həsənliyə tövsiyəm, televiziya mövzularını artıq bitirsin. O ki, qaldı gənclərin efirlərə pul verməsinə və ödənişli efirə çıxmasına, deyim xəbəriniz olsun ki, hələ Sövet dövründə belə senzuradan keçən mügənnilər rəsmi olmasa da, dəridən-qabıqdan çıxıb nələrsə də verirdilər. Pulla efirə çıxmaq irsi olaraq keçib, çox da "zad eləmə..."
Sərxan

Seçilən
117
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21234
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19345
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18281
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17685
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16899
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16738
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16108
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15538
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12027
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11277
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9286
"Zaur, yenə çaşdın..." - VİDEO
8875
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8409
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8009
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7540
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7178
Minimum əmək haqqı nə qədər arta bilər?
7095
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6383
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5777