![](https://metbuat.az/uploads/323/adb8a962f3-scscss.jpg)
“Təbii ki, istənilən halda rus diplomatının dilindən səslənən bu fikirlər bizim üçün müsbətdir. Amma açığı Rusiya tərəfinin burada səmimi olduğuna inanmıram. Kreml Qərbi Azərbaycanın tarixinə qovuşacağına, yəni geri qaytarılacağına belə asanlıqla razılaşmaz. Amma bu bir tarixdir. Xankəndini necə xəyal edib reallaşdırdıqsa, Qərbi Azərbaycan xəyalımız da reallaşa bilər. Zaxarova, ermənilərin Qarabağa qayıtmasının necə çətin olduğuna Rusiya işarə edir. Əslində şimal qonşumuz Qarabağı tərk edən ermənilərin geri qayıtmaq istəmədiklərini yaxşı bilir. Ona görə də, daha çox bu fikirləri irəli sürür. Zaxarova təbii ki, belə fikirləri müstəqil şəkildə səsləndirmir. O, Kremlin həm də sözçüsü kimi son zamanlar danışdığı üçün Moskvanın mesajlarını həm Azərbaycana, həm də Ermənistana çatdırır”. Ermənistanın hazırkı “qərb aşiqliyi”nin Azərbaycanın tam şəkildə maraqlarına cavab verdiyini vurğulayan analitik qeyd edib ki, yaxşı olardı ki, İrəvan bu siyasəti sona qədər davam etdirsinlər: “Eyni zamanda, son illərdə, xüsusilə, II Qarabağ savaşı günləri və ondan sonra bu günə qədər də keçən zamanda biz Rusiya-Azərbaycan münasibətlərində durmadan istiləşmə müşahidə etməkdəyik. Bu siyasət də gördüyümüz qədəri ilə bizə daha çox uğur gətirməkdədir. Hesab edirəm ki, bu siyasətimizə da davam etməliyik. O zaman həm də Qərbi Azərbaycana qayıdış prosesinin başlama səbəblərindən biri də şimal qonşumuzla olan yaxın münasibətlərimiz olacaq”. Politoloq Turan Rzayev isə düşünür ki, Mariya Zaxarova yaxşı bilir ki, erməniləri Qarabağa qayıtmaq niyyəti yoxdur. Politoloq deyib ki, Ermənistan isə qalan ermənilərin demoqrafik faktorlar səbəbindən getməsini istəmir. Yəni ermənilərin Qarabağa qayıdışı bundan sonra olduqca çətindir və bu sırf özləri ilə bağlı təbii məsələdir:
![](http://metbuat.az/uploads/323/2d167458f9-43403065018393563031850727846787222893908160n.jpg)
Gülbəniz Hüseynli / Metbuat.az